Oyun qaydaları dəyişdi: Ukrayna ərazilərini geri alacaq | Icma.az
Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ-ın Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemləri verməsi yalnız siyasi yox, həm də hərbi-strateji baxımdan mühüm addımdır.
Bu sistemlərin yaxın vaxtlarda döyüş bölgəsinə gətirilməsi Rusiya üçün oyun qaydalarını dəyişə bilər.
Bu fikirləri Axar.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov bildirib.
Üzeyir Cəfərovun fikrincə, mövcud resurslar və siyasi iradə nəzərə alınarsa, bu sistemlərin 2025-ci il ərzində Ukraynaya çatdırılması real görünür: “ABŞ-ın hərbi-sənaye kompleksi bu prosesdən iqtisadi fayda götürür.
Ona görə də sistemlərin istehsalı və çatdırılması planlı şəkildə həyata keçirilir.
“Patriot” sistemləri 100%-lik effektivliyə malik olmasa da, ballistik raketlərə və hava-hava raketlərinə qarşı yüksək uğur faizi göstərir.
Bu da Rusiyanın hərbi zərbələrinin nəticələrini əhəmiyyətli dərəcədə zəiflədəcək.
Tam oxu
Xəbəri oxu