Oyun şansı tapa bilmədiyi üçün klubdan getmək istəyir

07.06.2026

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Oyun şansı tapa bilmədiyi üçün klubdan getmək istəyir

İtaliya millisinin hücumçusu Federiko Kyeza "Liverpul"da keçirdiyi çətin dövrdən sonra karyerasını yenidən A Seriyasında davam etdirmək istədiyini bildirib.

QOL.az xəbər verir ki, italiyalı futbolçu Premyer Liqa təmsilçisində davamlı oyun şansı tapa bilmədiyi üçümn çıxış yolu kimi İtaliyaya qayıdışa müsbət yanaşır.

Kyeza "Liverpul"da az oyun vaxtı aldığını vurğulayaraq gələcəyi ilə bağlı klub rəhbərliyi və yeni baş məşqçi İraola ilə danışacağını bildirib. O, "Yuventus"a mümkün qayıdışa da açıq olduğunu qeyd edib.

Futbolçu həmçinin maddi tələblərlə bağlı iddiaları təkzib edərək Turindən ayrılığın onun istəyindən kənar baş verdiyini və əsas məqsədinin müntəzəm oynamaq olduğunu bildirib.

İtaliyalı hücumçu yaxın dövrdə hansı klubda çıxış edəcəyi ilə bağlı yekun qərarın hazırlıq prosesindən sonra veriləcəyini deyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью