Oyun sənayesində inkubasiya və təlimlər genişlənir

02.02.2026

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“İnnovasiya ekosistemi çərçivəsində oyun sənayesinin inkişafı prioritet istiqamətlərdən biridir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin fəaliyyətinə dair illik mətbuat konfransında qurumun İdarə Heyətinin sədri Fərid Osmanlı deyib.

Onun sözlərinə görə, Xsolla inkubasiya proqramı çərçivəsində 10 oyun studiyası prosesə cəlb olunub, 3 qalib komanda müəyyənləşdirilib və 225 min dollar məbləğində mükafat fondu təqdim edilib. Gamepons pre-inkubasiya proqramında isə 10 oyun studiyası iştirak edib və ümumilikdə 16 sessiya keçirilib.

Bildirilib ki, IGDA Azərbaycan ilə əməkdaşlıq çərçivəsində Gəncə və Naxçıvanda ümumilikdə 15 oyun tərtibatı üzrə vərkşop təşkil olunub. IGDA və Gamepons tərəfindən icra edilən proqramların nəticəsi olaraq 35 MVP-li startap yaradılıb:

“Oyun sənayesi üzrə maarifləndirici tədbirlər Bakı şəhəri və ADA, AzMİU, UNEC, ADNSU kimi ali təhsil müəssisələrində keçirilib və bu sahədə yerli kadr potensialının formalaşdırılmasına yönəlib”.

Zeynəb Rzayeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью