Oyun taleyi dəyişənlər

19.11.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

Misli Premyer Liqasında 11 turda sonradan meydana daxil olub, ən çox qol vuran futbolçu Coy-Lens Mikelsdir.

Futbolpress.az-ın məlumatına görə, “Sabah”ın hücumçusu 6 matçda əvəzetmədən oyuna qoşulub və 3 qola imza atıb. Bunun üçün ona 179 dəqiqə bəs edib.

İkinci sırada “Qarabağ”ın legioneri Renaldo Sefasdır. Yamaykalı vinger 3 matçda sonradan matça daxil olub və 2 qol vurub, 2 məhsuldar ötürmə edib. Bu rəqəmlər üçün ona sadəcə 65 dəqiqə kifayət edib.

“Üçlüy”ü “Neftçi”dən Adeleke Akinyemi tamamlayır. Nigeriyalı forvard 4 matçda əvəzetmədən qarşılaşmaya qoşulub. O, bu görüşlərdə 2 qol vurub, 1 məhsuldar ötürmə edib. Akinyeme 123 dəqiqədə bunu bacarıb.

Dördüncü pillədə 2 oyun, 2 qolla Xander Severina (“Sabah”), beşincidə isə 4 matç, 2 qolla Aleksey Kaşuk (“Qarabağ”) qərarlaşıb.

Misli Premyer Liqasında II dövrəyə sabah start veriləcək.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью