Icma.az, Qol.az portalına istinadən məlumat verir.
Oyun yarımçıq dayandırıldı, sabah davamı olacaq
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Nigeriya Premyer Liqasında “Reyncers” və “Nasarava Yunayted” arasındakı görüş yarımçıq dayandırılıb.
QOL.az xəbər verir ki, "Daily Sport" nəşrinin məlumatına görə, buna səbəb güclü yağış yağması olub. İntensiv yağıntı meydançada futbol oynamağı çətinləşdirib və hakim matçı 63-cü dəqiqədə saxlamaq qərarına gəlib.
Qarşılaşmanın qalan hissəsi sabah keçiriləcək. Komandalar yerli vaxtla saat 08:30-da, Bakı vaxtı ilə isə 10:30-da meydana çıxacaqlar.
Görüşdə ilk qol 39-cu dəqiqədə vurulub. “Nasarava Yunayted” Dapmanın qolu ilə hesabı açıb.
“Reyncers” isə cəmi iki dəqiqə sonra Çidozi İvundunun qolu ilə hesabı bərabərləşdirib.