Oyun zamanı 5 nəfəri ildırım vurub öldürdü 4 ü futbolçudur

11.02.2025

Icma.az bildirir, Lent az saytına əsaslanaraq.

Kolumbiyada keçirilən regional turnir zamanı 4 futbolçu ildırım vurması nəticəsində ölüb.

Lent.az “The Mirror”a istinadən bildirir ki, hadisə El Real kəndində keçirilən turnir zamanı baş verib. Ümumilikdə ildırım vurması 5 nəfərin həyatına son qoyub - beşinci xəstəxanada dünyasını dəyişən azarkeş kişi olub.

Daha iki yaralı qadının ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiyi qeyd edilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью