Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.
Oyun zamanı ildırım düşdü, bir futbolçu həyatını itirdi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tailandda keçirilən oyun zamanı ildırım vurması nəticəsində bir futbolçu həlak olub.
QOL.az xəbər verir ki, bu barədə "Banqkok Post" qəzeti məlumat yayıb.
Hadisə Narathiwat əyalətində Malayziya idmançılarının da qatıldığı Golok FA Cup 2026 regional turniri zamanı baş verib.
Vəfat edən şəxsin 24 yaşlı tailandlı futbolçu Sofvan Ave olduğu bildirilib. Komanda yoldaşları meydanda ilk tibbi yardım göstərməyə çalışsalar da, onu xilas edə bilməyiblər. İldırım vurması nəticəsində daha səkkiz futbolçu xəstəxanaya yerləşdirilib.