Oyun zamanı skuterlə meydançanın ortasından keçdi Video

28.11.2026

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Polşa üçüncü divizionunda keçirilən matçın son dəqiqələrində nadir rast gəlinən hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, “Stal Stalova Vola” və “Legiya Varşava”nın ehtiyat komandası arasındakı görüşün əlavə vaxtında azarkeşlərdən biri elektrikli skuterlə meydançaya daxil olub.

Təhlükəsizlik əməkdaşlarının təqibinə baxmayaraq, o, yaşıl örtükdə xeyli məsafə qət edib.

İnsident səbəbindən baş hakim oyunu müvəqqəti dayandırmalı olub. Həmin şəxs mühafizəçilərin təqibi altında skuterlə meydanı maneəsiz tərk edərək uzaqlaşıb.

Qeyd edək ki, qarşılaşma meydan sahiblərinin əzmkar qələbəsi ilə yadda qalıb. İlk 20 dəqiqədən sonra 0:2 hesabı ilə geri düşən “Stal Stalova Vola” ikinci hissədə oyunun axarını dəyişib və 85-ci dəqiqədə penaltidən vurduğu qolla 3:2 hesablı qələbə qazanıb. Skuterli azarkeş isə məhz hər kəsin matçın başa çatdığını düşündüyü anda səhnəyə çıxıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью