Oyuna 4 saat qalmış “Qarabağ” açıqlama yaydı

28.11.2024

Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Lion" (Fransa) oyununa bilet satışı davam edir.

QOL.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib. 

Məlumata görə, bu saata qədər matça  22 min bilet satılıb. Klub azarkeşlərini bilet alaraq komandaya dəstək olmağa çağırıb.

Qeyd edək ki, oyun günü qapılar azarkeşlər üçün matçın start fitindən 2 saat əvvəl açılacaq.

Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 21:45-də başlanacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью