Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Fransa və erməni lobbisinin əlində oyuncağa çevrilmiş Aİ Azərbaycanın COP29-a uğurla ev sahibliyi etməsini qəbul edə bilmirlər"Bu gün bəzi dövlətlər və təşkilatlar Azərbaycanın COP29 kimi mötəbər beynəlxalq tədbirə uğurla ev sahibliyi etməsi narahat edir".
Bunu Sonxeber.az-a danışan "BİG Media" MMC-nin direktoru Emil Əkbərov bildirib.
Emil Əkbərov qeyd edib ki, 44 günlük Vətən müharibəsində və sonrakı dövrdə Azərbaycana qarşı açıq-aşkar qarayaxma kampaniyası aparılmaqdadır: "30 ilə yaxın torpaqlarımızın işğaldan qalmasına və erməni vandalları tərəfindən soydaşlarımızın müxtəlif soyqırımlara məruz qalmasına səssiz qalanlar bu gün Azərbaycanı hansı haqla etnik təmizləmədə ittiham edir.
Azərbaycan sadəcə 30 ilə yaxındır ki, kağız üzərində qalan BMT-nin Təhlükəsizlik Şurasının Qarabağla bağlı qəbul etdiyi 4 qətnaməni özü icra edərək ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi.
Həmsədr ölkə olan Fransanın və digər ölkələrin etməli etməli olduğu Dağlıq Qarabağ münaqişəsinə öz gücünə son qoyaraq regionda yenidən sülhə nail oldu.
Təbii ki, bu da Makaron və Borell kimi xaosdan qidalanan insanları narahat edir və ona görə də ölkəmizə qarşı qərəzli kampaniyalar başlayıblar".
Emil Əkbərov vurğulayıb ki, Fransa və erməni lobbisinin əlində oyuncağa çevrilmiş digər dövlətlər və təşkilatlar Azərbaycanın COP29 kimi böyük beynəlxalq tədbirə uğurla ev sahibliyi etməsini qəbul edə bilmirlər: "Ona görə də müxtəlif yollarla Azərbaycanın nüfuzuna xələl gətirməyə çalışırlar.