“Oyunçularımız xarakter göstərdi” Berdıyev

28.11.2026

futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Misli Premyer Liqasının XIII turunun “Turan Tovuz” – “Kəpəz” oyunundan (2:1) sonra meydan sahibi komandanın baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:

– Çətin oyun oldu. “Kəpəz”lə matçlarımız ağır keçir. Hücumda və yarımmüdafiədə keyfiyyətli futbolçuları var. Oyunçularımız xarakter göstərdi.

– Penalti epizoduna baxmısınız?
– Xeyr. Buna görə nəsə deyə bilmərəm.

– Xorxe Silvanın yoxluğu hiss olundu. Qarşıdakı oyunlarda onsuz çətinlik çəkməyəcəksiniz?
– Kimin necə hazır olacağını görəcəyik.

– “Kəpəz”in baş məşqçisi bildirdi ki, ən azı bir xala layiq idik. Bu fikirlə razısınız?
– Bu, onun fikridir.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью