“Oyundan əvvəl deyirdilər ki, “Qarabağ” bizə 10 qol vuracaq”

09.07.2026

Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

Avropa Liqasının I təsnifat mərhələsinin “Qarabağ” – “Vestri” (İslandiya) oyunundan (3:0) sonra qonaq komandanın baş məşqçisi Daniel-Osafo Badu jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:

– Çox çətin oyun oldu. “Qarabağ” keyfiyyətini göstərdi. Futbolçularımın performansından məmnunam. Yaxşı müdafiə olunurduq, ancaq səhvlərimizdən qollar buraxdıq.

– Daha böyük hesablı məğlubiyyət təhlükəsini hiss edirdiniz?
– Nəticədən məmnun qalmamışam. Sadəcə qazandığımız təcrübədən və oyunçuların yanaşmasından razıyam.

– Cavab oyununda komandanızda nələri dəyişməyi düşünürsünüz?
– Vaxtımız var, daha çox keyfiyyəti artırmalı, topla oyunumuzu yaxşılaşdırmalıyıq.

– Çempionatda son matçlarınızda qələbə qazana bilmirsiniz. Demək olar ki, bütün diqqətiniz “Qarabağ”da olduğu üçün belə xal itkiləriniz oldu?
– Xeyr. “Qarabağ”la oyun bizim üçün əlavə motivasiyadır. Bizim prioritetimiz daxili çempionatdır.

– Komandanızda razı qaldığınız məqamlar hansılardır?
– “Qarabağ” fantastik oynadı. Onlara qarşı mübarizə aparmaq çətin idi. Oyundan əvvəl deyirdilər ki, “Qarabağ” bizə 10 qol vuracaq. Amma yekun 0:3 oldu. Bəlkə də, ilk hissə 0:1-lə başa çatsaydı, yekun fərqli alınardı.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью