Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Misli Premyer Liqasında 18-ci tur davam edir.
Fanat.Az xəbər verir ki, "Zirə" lider "Sabah"ı qəbul edib. Qonaqlar 3:1 hesablı qələbəyə seviniblər.
Matçdan sonra keçirilən mətbuat konfransında "bayquşlar"ın baş məşqçisi Valdas Dambrauskas oyunla bağlı fikirlərini bölüşüb:
"Qələbə münasibətilə futbolçularımı təbrik edirəm. Onların oyuna yanaşması möhtəşəm idi. Oyundan əvvəl nə planlaşdırmışdıqsa hamısını icra etdik. Demək olar ki, oyunun talehi artıq ilk hissədən müəyyənləşmişdi. Rəqibin də yararlana bilmədiyi epizodlar oldu. İkinci hissədə rəqib təyziqi artırdı və strandart vəziyyətdən fərqləndilər. Qarşıdan bizim üçün çox çətin həftə gəlir. Üç çətin oyunumuz var."