Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Oyundan razıyam, amma hələ inkişaf etməliyik”.
“Qafqazinfo” UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bunu “Liverpul”un baş məşqçisi Arne Slot Çempionlar Liqasında “Qarabağ”a qarşı keçirdikləri oyundan sonra deyib.
O, komandasının çıxışını müsbət qiymətləndirib:
“Oyundan çox razıyam. Bilirik ki, hər iki cərimə meydançasında - həm hücumda, həm də müdafiədə - daha yaxşı olmalı və inkişaf etməliyik. Buna baxmayaraq, bu, çox yaxşı performans idi. Azarkeşləri arxamıza almaq üçün erkən qollar vurmaq həmişə vacibdir. Daha da yaxşı oynaya biləcəyimizi bilirik, amma hazırkı nəticədən məmnunuq”.
Arne Slot standart vəziyyətlərin oyun ərzində mühüm rol oynadığını qeyd edib:
“Şanslar yarada bildik və rəqibi standart vəziyyətlərə məcbur etdik. Bu da bir daha göstərdi ki, standart vəziyyətlər nə qədər önəmlidir”.
“Liverpul”un Çempionlar Liqasında son “16-lığ”a yüksəlməsinə toxunan baş məşqçi bu nailiyyəti xüsusi vurğulayıb:
“Son “16-lıq”da olduğumuza görə xoşbəxtik. Xüsusilə nəzərə alsaq ki, cəmi iki il əvvəl Avropa Liqasında çıxış edirdik və “Atalanta”ya uduzmuşduq”.