Oyundaşlarını yenə qabaqladı

17.05.2025

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Manşester Yunayted”də mövsümün ən yaxşı futbolçusu məlum olub.
Klubun mətbuat xidmətinin yaydığı xəbərə görə, azarkeşlər arasında aparılan səsvermədə komandanın kapitanı Bruno Fernandeş bu ada layiq görülüb. Portuqaliyalı yarımmüdafiəçi artıq 4-cü ildi bu mükafatı qazanır. O, səsvermədə Amad Diallo və Harri Maquayrı qabaqlayıb. Brunodan başqa yalnız Kriştano Ronaldo və David De Xea MY-də 4 dəfə mövsümün ən yaxşısı seçilib.
30 yaşlı futbolçu bu mövsüm komandada 54 oyuna 19 qol vurub və 19 məhsuldar ötürmə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью