Oyunun ədalətli nəticəsi heç heçə idi

01.10.2025

Fanat saytına istinadən Icma.az xəbər verir.

"Şahdağ Qusar" Azərbaycan 1-ci Liqasının 4-cü turunda "Mingəçevir"lə qarşılaşıb. Qusar təmsilçisi evdə qolsuz heç-heçə (0:0) ilə kifayətlənib.

Komandanın rəhbəri, veteran futbolçu Rahid Əmirquliyev matçla bağlı fikirlərini Fanat.Az-a bölüşüb:

"Mingəçevir" yaxşı komplektləşmiş komandadır. Heyətlərində əcnəbi futbolçular var. Üst pillələr üçün oynayan rəqibdir. Buna əsasən oyunun bizim üçün ağır keçəcəyini bilirdik. Uşaqlar bu oyunda çox çalışdılar. Qalib gəlmək üçün əllərindən gələni etdilər. Həm onların, həm bizim fərqlənmək üçün şanslarımız var idi. Yəni 0:0-a maraqlı, qol epizodları baxımından məhsuldar oyun oldu. Buna baxmayaraq, gedişata əsasən deyə bilərəm ki, oyunun ədalətli nəticəsi elə heç-heçə idi".

Qeyd edək ki, dörd turdan sonra aktivində 4 xal olan "Şahdağ Qusar" hazırda turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Şimal təmsilçisi növbəti turda "Difai"nin qonağı olacaq.     

Mirağa 

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью