Oyunun əksər hissəsində Benfika üstün tərəf idi Joze Mourinyu

22.01.2026

Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Benfika"nın baş məşqçisi Joze Morinyu UEFA Çempionlar Liqasının əsas mərhələsinin 7-ci turunda səfərdə "Yuventus"dan aldıqları məğlubiyyəti şərh edib.

Fanat.Az xəbər verir ki, onun sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:

"Yuventus"la bizim aramızdakı fərq budur ki, onlar qol vurdular, biz isə yox. Oyunun əksər hissəsində "Benfika" üstün tərəf idi. Müəyyən zaman dilimlərində dominantlıq etdik, amma təəssüf ki, qol çatmadı. Çox güclü rəqibə qarşı əla mübarizə apardıq. Baxmayaraq ki, heyətlə bağlı hər şey arzulanan səviyyədə deyildi. Bu, futboldur. Nəticə ilə barışmaq lazımdır. İstəyimizi nəticəyə çevirməyi bacarmadıq. Bundan başqa, penalti epizodunda da bəxtimiz gətirmədi. Pavlidis qol vursaydı, oyuna qayıdacaqdıq və ola bilsin ki, hər şey fərqli sonluqla yekunlaşacaqdı".

Nihat 

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью