Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Misli premyer-liqasının 14-cü turunun açılış qarşılaşmasında “Qarabağ” Zirə səfərində xal itirdi - 1:1.“Football-plus.az” xəbər verir ki, oyunsonrası mətbuat konfransında qonaqların baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablayıb.
- Futbolçularıma və azarkeşlərə təşəkkür edirəm. Oyun keyfiyyətlo olmasa da, gərgin mübarizə oldu.
Hər iki komandanın futbolçuları güc itirdi. Oyunun sonlarına yaxın dinamika yox idi. İki tərəf də 1 xala layiq idi.
Oyundan oyuna daha çətin “Zirə” görürük. Rəşaddan hər oyunda sürpriz gözləyirik.
- Montiel iki mövqedə oynadı.- Oyunun gedişatına görə belə oldu. Üç mövqedə oynamağı bacarır. Universaldı. Rotasiyalara görə belə alındı.
“Zirə” birəbirdə yaxşı oynayır. Cəsarətli və aktivdilər. Çox razı qaldım. Özünü yaxşı tərəfdən göstərdi.
- “Ayaks”la oyunda start heyətində olmağa hazırdı?- Yenə tam hazır deyil. Onun üçün 90 dəqiqə yenə çox oldu. İlyarımdı məşq edib, oynamayıb.