Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Sabah" Misli premyer-liqasının 17-ci tur matçında "Zirə"yə qalib gəldi - 3:1.
"Football-plus.az" xəbər verir ki, "bayquşlar"ın baş məşqçisi Valdas Dambrauskas oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Futbolçularımı təbrik edirəm. Onların oyuna yanaşması, davranışları möhtəşəm idi. Nə planlaşdırmışdıqsa, hamısını meydanda icra edə bildik. Çox gözəl performans sərgilədik. Oyunun taleyi artıq birinci hissədə həll olunmuşdu. İlk yarıda daha çox qol vura bilərdik. "Zirə" həqiqətən də möhtəşəm komandadı. Hesabda 2:0 öndə olan zaman rəqibin yaxşı qol fürsətləri oldu. İkinci hissədə balanslaşdırılmış oyun izlədik. Rəqib üzərimizə gəlməyə başladı. Son ötürmələrimizdə çatışmazlıqlar var idi. Artıq bütün bunları unuduruq. Çünki qarşıdan çox çətin həftə gəlir. Üç çətin oyun var.
- Çempionatda uğurlu nəticələrin davamını gətirmək üçün "Qarabağ"ın avrokuboklara daha çox irəliləməsini istəyirsiz?
- Mən daha çox öz komandamla məşğulam. Belə şeyləri düşünmək üçün vaxt yoxdu. Onların Avropadakı performansı çox yaxşıdı. "Qarabağ"ı təbrik edirəm, uğurlar arzulayıram. Avropada Azərbaycan adı çəkiləndə ilk növbədə "Qarabağ" yada düşür. Onlar Azərbaycanı çox yaxşı təmsil edir.