Icma.az bildirir, Modern.az portalına istinadən.
Ermənistanın baş naziri Nikol Paşinyan gələcəkdə yenidən baş nazirliyə namizədliyini irəli sürə biləcəyi ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.
Modern.az xəbər verir ki, Paşinyan bu məsələdə 2018-ci il hadisələrini xatırladıb.
“Deyirlər ki, sonradan yenidən baş nazirliyə namizədliyinizi irəli sürməyəcəyinizə inanmırıq. 2018-ci il inqilabına səbəb Serj Sarkisyanın namizədliyini irəli sürməyəcəyini söyləməsinə baxmayaraq, sonradan namizəd olması idi. Əgər mən də eyni addımı atsam, deməli, öz əlimlə inqilabi vəziyyət yaradıb bu fürsəti hazır şəkildə müxalifətə təqdim etmiş olaram. Onlar da bu fürsətdən istifadə etməlidirlər”, – Paşinyan bildirib.