Öz ərazisində Fələstin dövləti yaradır...

07.02.2025

News24 saytından alınan məlumata görə, Icma.az bildirir.

İsrailin baş naziri Binyamin Netanyahu Səudiyyə Ərəbistanının Təl-Əvivlə  Fələstin dövlətinin qurulması şərtinə toxunaraq, "Əgər Fələstin dövləti istəyirlərsə, Səudiyyə Ərəbistanında da dövlət qura bilərlər" deyib.

News24.az bildirir ki, Netanyahu Vaşinqtonda rəsmi səfərdə olarkən İsrailin Kanal 14 televiziyasına cari məsələlərlə bağlı açıqlamalar verib.

Fələstin dövlətinin qurulmasını qəbul etməyəcəyini ifadə edən Netanyahu, "Fələstin dövlətinin qurulmasının Həmas üçün qələbə, İsrail üçün isə məğlubiyyət" olduğunu müdafiə edib.

ABŞ prezidenti Donald Tramp isə Səudiyyə Ərəbistanının İsraillə normallaşmanın şərti olaraq Fələstin dövlətinin yaradılmasından imtina etdiyini iddia edib. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью