Öz evimə köçəndən sonra həyatımda çox böyük dəyişiklik oldu Xocalı sakini

30.01.2025

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, sabah Xocalının Ballıca kəndinə növbəti köç baş tutacaq. Daha 23 ailədən ibarət 100 nəfər öz yurd-yuvasına qayıdacaq. 

Redaktor.az-a açıqlamasında Xocalı sakini, şəhid xanımı Ceyran Əzizova may ayından artıq Xocalıda bir vaxt didərgin düşdüyü evində yaşadığını bildirib:

"May ayının 28-də Xoclıya öz evimə köçdüm. İndi öz evimdə çox fərəhlə yaşayıram. Həyatımda çox böyük dəyişiklik olub. Təsəvvür edin ki, 32 il öz evimdən didərgin düşdüm, çox çətin şəraitdə qaçqınçılıq həyatımız oldu. Əlbəttə, bu gün Xocalıda həyat qaynayır, canlanma var. İnşallah zamanla Xocalıda həyat daha da qaynar olacaq. Sabah Ballıca kəndinə gedib gələn soydaşlarımızla da görüşəcəm".

Qeyd edək ki, Ceyran Əzizovanın Xocalı faciəsi zamanı 68 nəfər qohumu və eyni zamanda həyat yoldaşı Vasif Məmmədov ermənilər tərəfindən şəhid edilib. 

Vasif ƏLİHÜSEYN 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью