Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanda Dövlət Məşğulluq Agentliyi tərəfindən hazırlanan “Məzunların məşğulluq reytinqi” platformasında ölkəmizdə fəaliyyət göstərən universitetlərin məzunlarının əmək bazarındakı yeri ilə bağlı məlumatlar dərc edilib.
Reytinqə görə, məzunları ən çox işlə təmin edilən ilk 3 universitet Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Bakı Dövlət Universitetidir.Universitetlərin məzunlarını təyinatla işlə təmin etməsi hansı üstünlüklərlə və çətinlikləri yarada bilər.
Məzunların öz istəklərinə uyğun olmayan yerlərə təyin olunması onların gələcək karyerasını zədələyə bilərmi?
Mövzu ilə bağlı Moderator.az-a danışan təhsil eksperti Rizvan Fikrətoğlu bildirib ki, məzunların işə təyinatı məsələsi əvvəllər olub, indi belə bir hal demək olar ki, yoxdur: "İstisnalar hüquq-mühafizə və çox az sahələrdə özünü göstərir.
Bakalavrların ali təhsil müəssəsini bitirdikdən sonra iş tapması bir növ öz ixtiyarına buraxılır.
Hazırda işəqəbulun kütləviliyinə görə Elm və Təhsil Nazirliyi misal ola bilər. Burada da təyinat yox, məzunun bilik və bacarığı önə çəkilir.
Belə ki, pedaqoq olmaq istəyənlər müəllimlərin işə qəbulu müsaqibəsində uğur qazanmalıdırlar.