Öz naziri Makronu yıxıb sürüdü: İkiüzlü, iflic...

24.07.2025

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Fransa Prezidenti Emmanuel Makron və daxili işlər naziri Bruno Retayo arasında gərginlik artır.

Axar.az xəbər verir ki, bu barədə “Le Parisien” mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, hökumətin son iclasında Makron açıq şəkildə Retayoya ölkənin cənubundakı kriminal vəziyyətlə bağlı sərt suallar verib. Buna səbəb isə nazirin “Valeurs Actuelles” nəşri üçün yazdığı məqalədə “Makronizmin Makronla bitəcəyini” bildirməsi və prezidenti siyasi ikiüzlükdə ittiham edən tənqidi açıqlamaları olub.

Məqalədə Retayo prezidentin siyasi kursunu tənqid edərək bildirib ki, sağ və sol gündəmi birləşdirmək cəhdi ancaq hakimiyyətin iflic olmasına gətirib çıxarır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью