Öz “qanun”ları ilə hərəkət edən sürücü ard arda qayda pozdu VİDEO

04.06.2026

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Zabrat yolunda kobud qayda pozuntusu qeydə alınıb.

Avtosfer.az-ın məlumatına görə, hadisə iyunun 3-də saat 19:27 radələrində baş verib. 77-XN-998 dövlət qeydiyyat nişanlı “Khazar” markalı avtomobilin sürücüsü yolayrıcına daxil olarkən hərəkət üstünlüyünə məhəl qoymayıb. Ara yoldan əsas yola çıxan sürücü həmin istiqamətdə hərəkətdə olan nəqliyyat vasitəsini görərək ən sağ zolağa manevr edib.

Daha sonra sürücü davamlı düz xəttin tələblərini pozaraq işıqforun qadağanedici siqnalında dayanmış avtomobillərin qarşısından geriyə doğru manevr edib.

Baş verən manevrlər yol hərəkəti təşkilinin əsas qaydalarının ardıcıl şəkildə pozulması kimi qiymətləndirilir və belə davranışlar xüsusilə sıx nəqliyyat axınında qəza riskini bir neçə dəfə artıran amillər sırasında göstərilir.

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью