Öz rahatlığını düşünən sürücü digər insanlara narahatlıq yaratdı VİDEO

17.12.2024

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xırdalanda yol hərəkəti qaydasını pozan sürücü hərəkətə mane olub. Avtosfer.az xəbər verir ki, 77-BQ-614 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü ikinci cərgədə dayanaraq sağ zolağı zəbt edib.

Bu zaman həmin zolaqla hərəkət edən "Hyundai" markalı avtomobilin sürücüsü maneə ilə toqquşmamaq üçün sol zolağa yerdəyişmə edib.

Öz rahatlıqlarını düşünən sürücülər istədikləri yerdə avtomobili park edirlər. İrad bildirən zaman isə müxtəlif bəhanələr gətirərək özlərinə haqq qazandırmağa çalışırlar. Düşünürlər ki, ən vacib işi olan, tələsən yalnız onlardır.

Qeydə alınan videodan da aydın şəkildə görünür ki, sürücünün öz rahatlığını təmin etməsi, digər insanların narahatlığına səbəb oldu.

Könül Rauf

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью