ÖZ taleyimiz ÖZ əlimizdədir! Ramil Hüseynov yazır

07.10.2026

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Dövlətin gücü yalnız iqtisadi imkanları və hərbi qüdrəti ilə ölçülmür. Əsl güc həm də öz qərarlarını müstəqil qəbul etmək, öz siyasətini özü müəyyənləşdirmək və heç bir təzyiq qarşısında öz yolundan dönməməkdir.

Azərbaycan bu gün məhz belə bir mərhələyə gəlib çatıb. Öz taleyimizi özümüz müəyyənləşdiririk. İlham Əliyev qurultay çıxışında Azərbaycanın artıq orta güc dövləti kimi qiymətləndirildiyini və iqtisadi müstəqilliyimizin təmin olunduğunu vurğuladı. Dövlət təhlükəsizliyimizlə bağlı bütün təhdidlərə hazır olmağımızın vacibliyini diqqətə çatdırdı. Suveren qərarvermə məsələsində mövqeyimiz aydındır: heç kim bizim işimizə müdaxilə edə bilməz. Öz siyasətimizi özümüz müəyyənləşdiririk.

Geosiyasi balansı müxtəlif güc mərkəzləri ilə münasibətlər üzərində qurur, bütün tərəflərlə bərabər və qarşılıqlı maraqlara əsaslanan münasibətlərin inkişaf etdirilməsinə çalışırıq.

Enerji və regional rolumuzla bağlı mövqeyimiz də açıq şəkildə ortaya qoyuldu. Azərbaycan artıq yalnız enerji ixrac edən ölkə deyil, həm də mühüm geosiyasi faktordur. İslam dünyası ilə bağlı məsələlərdə isə həmrəyliyimizin gücləndirilməsi və bu istiqamətdə əməkdaşlığın daha da inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır. Yəni bizim üçün strateji əhəmiyyət daşıyan bütün istiqamətlərə toxunuldu və gedəcəyimiz yol bəlli edildi.Suveren Azərbaycanın yeni geosiyasi mərhələdə təhlükəsizlik, iqtisadiyyat, xarici siyasət, ideoloji təhlükəsizlik, azad edilmiş ərazilərdə yeni həyatın qurulması və beynəlxalq mövqeyi üzrə strateji prioritetlərini sistemləşdirən siyasi konsepsiyamız ortaya qoyuldu.

Bəli, bizim dostlarımız və strateji tərəfdaşlarımız çoxdur. Lakin dövlətin qərarını biz özümüz veririk. Bu, bizim müstəqilliyimizdir. Biz öz taleyimizi özümüz müəyyənləşdiririk. Əgər bu müstəqillik kiminsə xətrinə dəyirsə və həmin tərəf buna görə manipulyativ addımlar atırsa, deməli, ya həmin insanın siyasi biliyi o səviyyədədir, ya da bizə qarşı düşmən olan tərəfdə yer alanlardandır.

Bu çıxış çoxlu maskaları cırdı. Bu cırılmış maskaları hamı tanısın. Kimin hansı mövqedə dayandığı, kimin Azərbaycanın müstəqil siyasətini qəbul etdiyi, kimin isə bundan narahat olduğu artıq daha aydın görünür. Bu, bir çıxışın əməyidir. Biz yolumuzdan dönməməliyik. Çünki bu yol, cənab Prezidentin dediyi kimi, şərəfli yoldur. Siz yolunuzla gedin!

Ramil Hüseynov

"Yeni Xətt" Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью