Icma.az, Cebheinfo saytına istinadən bildirir.
Ermənistan müxalifətinin hazırda həbsdə olan lideri, rusiyalı milyarder Samvel Karapetyanın təsis etdiyi "Mer dzevov" ("Öz yolumuzla") adlı hərəkatı 2026-cı ilin yanvar ayında siyasi qurum kimi formalaşdığını elan edə bilər.
“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə Samvel Karapetyanın oğlu Narek Karapetyan açıqlama verib.Ondan siyasi fəaliyyətlərini nə vaxt açıqlayacaqlarını soruşduqda Narek Karapetyan belə cavab verib:
“Yanvarda siyasi birləşmə prosesinə başlaya bilərik”.
Qeyd edək ki, "Öz yolumuzla" hərəkatı 2026-cı ilin iyun ayında Ermənistanda keçiriləcək parlament seçkilərində Samvel Karapetyanın baş nazirliyə namizədliyini irəli sürməyə hazırlaşır.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin