Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakıda manevr qaydasını pozan sürücü təhlükəli vəziyyət yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Afiyəddin Cəlilov küçəsində qeydə alınıb. Belə ki, 77-RY-351 qeydiyyat nişanlı "Toyota Aqua" markalı avtomobilin sürücüsü hərəkət etdiyi zolaqdan kənara çıxaraq motosiklet sürücüsünü sıxışdırıb. Bundan qəzəblənən sürücü siqnal verərək onu dayandırıb və iradını bildirib. Bununla razılaşmadığını görərkən qeydə aldığı videonu göstərməyə məcbur olub. Lakin o bildirir ki, qaydaları pozan sürücü qeydə alınmış video ilə də razılaşmayıb.
Fərid