Missiya.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Uzak Şehir”in "Cihan"ı, məşhur aktyor Ozan Akbaba CNN TÜRK-də jurnalist Fulya Öztürkə maraqlı müsahibələr verib.
Missiya.Az xəbər verir ki, Ozan Azərbaycan barədə də geniş danışıb.“Mən qarslıyam. Tam olaraq Azərbaycan türkü deyiləm. Qarapapağıq.
Mənim köklərim onlarınkı ilə çox iç-içə olduğu üçün biz onlar sayılıq, onlar da biz.
Çünki qarapapaqlar azərbaycanlılar kimi danışıb, onlar kimi geyinib, mahnılar ifa edirlər.
Mən Azərbaycana gedəndə yarımçıq qalmış tərəfimi tamamlayıram, mənə yaxşı hiss etdirir. Azərbaycanı, Bakını çox sevirəm.
Hətta bütün Qarabağı gəzdim. Hər tərəfinə getdim. Dözə bilmədim, gedib gördüm. Çox bərəkətli torpaqlardır, ağacın içindən ağac çıxır.
Azərbaycan oranı 30 il sonra geri qaytardığı üçün böyük qürur duyuram. Müharibənin təzə bitdiyi ərəfələrdə oraya getdim. Mükəmməl yerlərdir.