futbolpress-az saytına istinadən Icma.az xəbər verir.
Türkiyə 1-ci Liqasında V turun qarşılaşmaları keçirilib.
Futbolpress.az xəbər verir ki, Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Ozan Can Kökçünün şərəfini qoruduğu “Vanspor” doğma divarlar arasında “Batman Petrolspor”la üz-üzə gəlib. Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
2 sentyabr
“Vanspor” – “Batman Petrolspor” 0:2
Qollar: M.Doriya, 45, Pedrinyo, 90+3
Ozan Can Kökçü görüşə ilk “11-lik”də başlayıb və 66-cı dəqiqədə əvəzlənib.
Bu nəticədən sonra aktividə 4 xalı olan “Vanspor” turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb. Xallarını 13-ə çatdıran “Batman Petrolspor” isə liderliyini davam etdirir.