Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan millisinin üzvü Ozan Can Kökçünün də formasını geyindiyi "Volendam" yay təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oununa çıxıb.
QOL.az xəbər verir ki, komanda “Norviç” (İngiltərə) ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə yekunlaşıb.
Kökçü də bu görüşdə iştirak edib. O, meydana start heyətində daxil olub və 80-cı dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Volendam" növbəti mövsümdən Niderlandın əsas liqasında mübarizə aparacaq. Ozan Can Kökçü isə mayın 27-də bu klubla 1+1 illik müqavilə imzalayıb.