Icma.az bildirir, Baku.ws portalına istinadən.
Məşhur aktyor Ozan Güven açıqlaması ilə marağa səbəb olub.
BAKU.WS xəbər verir ki, o illər sonra "Aşk-ı Memnu"dakı "Behlül" obrazının ilk ona təklif edildiyini bildirib.
Ozan bu rolu qəbul etməyib.
"Varlı adamı oynamaq istəmədim. Mən rədd edəndə isə rolu Kıvanç Tatlıtuğa təklif etdilər" - deyə aktyor vurğulayıb.
Qeyd edək ki, 2008-2010-cu illərdə yayımlanan və ilk gündən tamaşaçıların sevilən serialı olan "Aşk-ı Memnu"nun rejissorluğunu Hilal Saral edib.
Ekran əsərində Nebahat Çehre, Beren Saat, Kıvanç Tatlıtuğ, Selçuk Yöntem və Zerrin Tekindor kimi məşhur aktyorlar çəkiliblər.
Qalereya