Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Almaniya Bundesliqasında "Hoffenhaym" forması geyinən türkiyəli müdafiəçi Ozan Kabakın klubdakı taleyi hələ də dəqiqləşməyib.
Fanat.Az xəbər verir ki, 25 yaşlı mərkəz müdafiəçisinin klubla olan mövcud müqaviləsi 2026-cı ilin iyun ayında başa çatacaq.
"beIN Sports"un məlumatına görə müqavilə müddətinin bitməsinə az qalması ulduz futbolçunun azad agent kimi komandadan ayrılma ehtimalını gündəmə gətirib. Futbolçu menecerlər vasitəsilə "Beşiktaş"a da təklif olunub.
Cari mövsümdə Bundesliqada 9 matçda şans qazanan Ozan, müdafiəçi olmasına baxmayaraq 2 qol vuraraq hücumlara da dəstək verib. O, 7.21-lik orta reytinq xalı, 87.5 faizlik topu oyuna daxil etmə dəqiqliyi və 57.6 faizlik havada qazanılan ikili mübarizə statistikası ilə Bundesliqanın ən etibarlı arxa xətt oyunçularından biri kimi göstərilir.
Kamil Xudiyev