Özbək futbolçuya “Siti”də bu nömrə verildi FOTO

21.01.2025

Icma.az xəbər verir, Publika.az saytına əsaslanaraq.

“Mançester Siti”yə transfer olunan özbək futbolçu Abdukodir Xusanov İngiltərə təmsilçisinin heyətində 45 nömrə altında çıxış edəcək.

Publika.az xəbər verir ki, bu barədə “şəhərlilər”in mətbuat xidməti məlumat yayıb. “Mançester Siti”də bu nömrəni geyinən son məşhur oyunçular Mario Balotelli və Mayk Riçards olub.

Xusanov “Mançester Siti” ilə 2029-cu ilin yayına qədər müqavilə imzalayıb.

Xusanov Özbəkistan millisinin heyətində 18 oyun keçirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью