Özbək həkim Bakıda saxlanıldı

11.03.2026

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Bakıda “Bİ ES VİP” estetik klinikasında izdihama səbəb olan özbək "həkim" polis əməkdaşları tərəfindən saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiq ediblər.

Qeyd edək ki, klinikada xəstələri əl enerjisi ilə müalicə etdiyi deyilən özbək əsilli, “Bionurun sahibi” kimi tanınan İqbol Soliyev adlı “həkim”in qəbulu keçirilib.

O, bioenerji və ya enerji terapiyası ilə məşğul olduğunu qeyd edib. İqbol Soliyev vətəni Özbəkistanda xalq təbabəti ilə bağlı qanunvericliyi pozduğuna görə 15 sutka həbs edilib. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью