Özbək müdafiəçi Mançester Siti dəki ən yaxın dostunun adını dedi

10.03.2025

Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

"Mançester Siti"nin özbək müdafiəçisi Abdukodir Xusanov İngiltərə nəhəngində ən çox hansı komanda yoldaşı ilə ünsiyyət qurduğunu açıqlayıb.

Fanat.Az xəbər verir ki, onun sözlərini "şəhərlilər"in rəsmi saytı belə çatdırıb:

"Komandada ən yaxın dostum Vitor Reysdir. Ən çox onunla söhbət edirəm".

Qeyd edək ki, cari mövsüm Mançester təmsilçisinin forması ilə bütün turnirlərdə 7 matça çıxan Xusanov 1 qol vurub. Onun klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı arxa xətt oyunçusunun transfer qiymətini 12 milyon avro ilə dəyərləndirir.

Nihat

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью