Özbəkistan 9 ildən sonra ilk 50 liy də yer aldı

20.11.2025

sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Özbəkistan millisi dünyanın ən güclü milli komandalarının reytinqində beş pillə irəliləyərək 50-ci yerə yüksəlib. Sport24.az FIFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Özbəkistan yığması 2016-cı ilin oktyabrından bu yana, 9 il ərzində ilk "50-liy"ə daxil ola bilməmişdi.

Özbəkistan millisi artıq ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi DÇ-2026-ya vəsiqə qazanıb.

Qeyd edək ki, FIFA reytinqində ilk "dördlük" dəyişməz qalıb: İspaniya, Argentina, Fransa və İngiltərə. Braziliya iki pillə irəliləyərək beşinci yerə yüksəlib. Onlardan sonra ilk "10-luq"da Portuqaliya, Hollandiya, Belçika, Almaniya və Xorvatiya gəlir.

Azərbaycan millisi isə ötən ayla müqayisədə FIFA reytinqində dörd pillə geriləyib. Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv 1132.97 xalla 127-ci pillədə qərarlaşıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью