Özbəkistan Ali Məclisi Senatının sədri ölkəmizə səfərə gəlib

16.11.2024

Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.


Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Respublikası Milli Məclisinin birgə təşkilatçılığı ilə keçiriləcək Parlament Görüşündə iştirak etmək üçün ölkəmizə səfərə gəlib.
Newscenter.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında qonağı Milli Məclisin deputatı Səttar Möhbalıyev və digər rəsmi şəxslər qarşılayıblar.
Süleyman
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью