Özbəkistan Ay və Marsı araşdıracaq

19.10.2026

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ dövlət katibi Marko Rubio Özbəkistanla Artemis Sazişini imzalayıb. Bu barədə Özbəkistanın xarici işlər naziri Bəxtiyar Saidov “Telegram” kanalında məlumat verib.

Bakıvaxtı.az xəbər verir ki, Nazirin sözlərinə görə, sənəd NASA ilə əməkdaşlığın genişləndirilməsi, milli kadrların hazırlanması və kosmik texnologiyaların ötürülməsi üçün yeni imkanlar yaradacaq.

Beləliklə, Özbəkistan Artemis Sazişini imzalayan 77-ci ölkə olub. Saziş Ay, Mars, kometlər və asteroidlərin mülki məqsədlərlə tədqiqinin prinsiplərini müəyyən edir.

Xatırladaq ki, bu yaxınlarda NASA-nın “Perseverance” aparatı Marsda hərəkət məsafəsinə görə rekord müəyyənləşdirib. Oktyabrın 11-də onun qət etdiyi məsafə 45,22 kilometrə çatıb. Bununla aparat 2004–2018-ci illərdə Marsı araşdıran “Opportunity” roverinin 45,16 kilometrlik rekordunu geridə qoyub. “Perseverance” bu məsafəni təxminən beş il yarıma qət edib.

Murad İsmayıl

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью