Icma.az, 525.az portalına istinadən məlumat verir.
“Özbəkistan və Azərbaycan dövlət başçılarımızın siyasi iradəsi sayəsində müttəfiq oldular. Düşünürəm ki, onların dostluğu qlobal miqyasda lider olan iki şəxsin iki ölkə arasındakı münasibətləri necə dəyişdirə və tamamilə yeni səviyyəyə çıxara biləcəyinin nümunəsidir”.
Bunu 525.az-a açıqlamasında Özbəkistan Prezidenti Administrasiyasının Kommunikasiyalar Departamentinin rəhbəri – prezidentin mətbuat katibi Şerzod Asadov
O bildirib ki, 2016-cı ildə, Prezident Əliyev Özbəkistan Prezidenti Şavkat Mirzioyevlə ikitərəfli görüşü zamanı media üçün verdiyi bəyanatda bunu qeyd etdi: “Özbəkistanla Azərbaycan arasında heç bir birgə layihə yox idi. İndi isə Azərbaycan və Özbəkistan ərazisində təxminən 500 birgə müəssisə fəaliyyət göstərir”.
“Biz yalnız iqtisadi istiqamətdə əməkdaşlıq etmirik, həm də iki ölkənin xalqlarının bir-birinə daha da yaxınlaşması üçün əlimizdən gələni edirik. Bu isə çox vacibdir. Düşünürəm ki, dövlət səfərinin nəticələri barədə danışarkən bunları qeyd edə bilərik. Əslində son üç-dörd il ərzində intensiv təmaslar, artıq 15-ci olan bu səfər və onun nəticələri qarşılıqlı maraq doğuran bütün sahələr üzrə gələcəkdə həyata keçiriləcək çox böyük layihələr üçün olduqca möhkəm təməl yaradır”, - o bildirib.
Pərvanə Sultanova