Özbəkistan Azərbaycan üzərindən Avropaya tranzit marşrutlarını inkişaf etdirəcək AZƏRTAC |…
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir. Bakı, 15 yanvar, AZƏRTAC Özbəkistanın Nəqliyyat Nazirliyi beynəlxalq nəqliyyat mar
AZƏRTAC “EastFruit” informasiya resursuna istinadla xəbər verir ki, bu barədə Özbəkistanın nəqliyyat naziri İlhom Maxkamov məlumat verib.
Özbəkistanda ölkənin nəqliyyat-logistika sisteminin gələcək inkişafının əsas istiqamətləri müəyyən edilib.
Vahid proqram da hazırlanıb və onun çərçivəsində 2030-cu ilə qədər nəqliyyat, logistika və yük tranziti konsepsiyası təsdiq olunub.
Özbəkistanın nəqliyyat naziri İlhom Maxkamov departamentin diqqət mərkəzində olacağı beş əsas istiqaməti qeyd edib: yükdaşımaların maya dəyərinin azaldılması, beynəlxalq marşrutların şaxələndirilməsi, yeni istiqamətlərdə daşımalarda rahatlığın yaradılması və daşıma xərclərinin azaldılması.
Özbəkistan Nəqliyyat Nazirliyinin qarşısında nəqliyyatın problemlərlə üzləşdiyi ölkələri yan keçən nəqliyyat marşrutlarını inkişaf etdirmək vəzifəsi durur.
Digər məqsəd 2030-cu ilə qədər Logistika Performans İndeksində (LPI) Özbəkistanın mövqeyini 88-ci yerdən ən azı 55-ci yerə yüksəltməkdir.
Bundan əlavə, beynəlxalq avtomobil yolları boyunca logistik mərkəzlərin, düşərgələrin, TIR parklarının və digər şəraitin yaradılması üçün ünvanların siyahısı hazırlanır.
Tam oxu
Xəbəri oxu