Özbəkistan boksunun əfsanəsi Rüfət Risqiyev vəfat edib

16.08.2026

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

1974-cü ildə Havanada keçirilmiş həvəskar boksçular arasında ilk dünya çempionatının qalibi, 1976-cı il Monreal Olimpiadasının gümüş mükafatçısı Rüfət Risqiyev uzun sürən xəstəlikdən sonra 76 yaşında vəfat edib.

Gununsesi.info bildirir ki, “Daşkənd pələngi” ləqəbi ilə tanınan Rüfət Risqiyev öz dövrünün ən güclü boksçularından biri idi. O, həmçinin dörd dəfə SSRİ çempionu olmuş, Özbəkistan boksunun dünya miqyasında tanınmasına böyük töhfə vermişdi.

Onun rinqdəki döyüşləri, əzmkarlığı və xarakteri bütöv bir nəsil üçün örnək oldu. Böyük idmançıların qazandıqları titullar tarixə düşür, lakin onların qoyduğu iz və xatirə daha uzun yaşayır.

Rüfət Risqiyevin əziz xatirəsini ehtiramla yad edirik. Allah rəhmət eləsin!

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью