Özbəkistan hava gəmisi təyyarəmizin qəzaya düşdüyü yerdə dövrə vurub, faciə qurbanlarını a…
Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Özbəkistan hava yollarına məxsus Daşkənd-Qroznı reysi üzrə hərəkət edən təyyarə, Aktau yaxınlığındakı faciə yerinin üzərində iki dövrə vurub.
BAKU.WS xəbər verir ki, qardaş ölkənin təyyarəçiləri, bununla faciə qurbanlarının xatirəsini anıblar.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.
Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.
Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib.
Dekabrın 29-da isə 3-ü ekipaj üzvü olmaqla 24 nəfərin nəşi ölkəyə gətirilib.
Tam oxu
Xəbəri oxu