Özbəkistan hərbi sahədə daha bir yeniliyə imza atır

09.06.2026

Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.


Özbəkistanda Hərbi Hava Qüvvələrinin Döyüş Komandanlığı yaradılır.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki. bu barədə ölkənin müdafiə naziri general-leytenant Şuxrat Xolmuxammedov məlumat verib.
Nazir "Uzbekistan 24" telekanalına verdiyi müsahibədə Komandanlıöın yaradılmasının üstün cəhətlərindən danışıb. Şuxrat Xolmuxammedov, prezidentin bununla bağlı müvafiq fərmanı imzaladığını bildirib:
"Bu fərman hərbi aviasiya və hava hücumundan müdafiə bölmələrinin döyüş qabiliyyətini ikiqat artıracaq, eləcə də vacib və strateji obyektləri hava hücumlarından qorumaq qabiliyyətini daha da gücləndirəcək".
Süleyman
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью