Özbəkistan hökuməti istefa verib Xəbər saytı Son xəbərlər və Hadisələr

19.11.2024

Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.

Özbəkistanın Nazirlər Kabineti yeni seçilmiş parlament qarşısında istefa verib.

BAKU.WS xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

Məlumatda Özbəkistan Respublikası Konstitusiyasının 116-cı maddəsinə və "Özbəkistan Respublikasının Nazirlər Kabineti haqqında" qanunun 7-ci maddəsinə uyğun olaraq, Nazirlər Kabineti Ali Məclis (parlament) qarşısında öz səlahiyyətlərini həyata keçirdiyi bildirilib.

Qeyd olunur ki, hazırkı hökumət ölkənin yeni kabineti formalaşana qədər fəaliyyətini davam etdirəcək.

Oktyabrın 27-də Özbəkistanda növbəti parlament seçkiləri keçirilib.

Seçkilər nəticəsində hakim Özbəkistan Liberal Demokrat Partiyası səslərin əksəriyyətini toplayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью