Özbəkistan ildə 6 milyard kubmetrə qədər qaz qənaət edəcək

29.01.2026

Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Atom Eelektrik Stansiyasının tam gücü ilə işə salınması Özbəkistana ildə 4-6 milyard kubmetr qaz qənaət etməyə imkan verəcək.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu barədə Milli Enerji Təhlükəsizliyi Fondunun aparıcı analitiki, Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin eksperti İqor Yuşkov məlumat verib.
O, həmçinin qeyd edib ki, nüvə texnologiyaları klasterinin yaradılması Özbəkistanda elmi məktəblərin inkişafına güclü təkan verəcək və səhiyyə sahəsində yeni istiqamətlər formalaşdıracaq.
"Bu, digər şeylərlə yanaşı, nüvə tibb sahəsində onkologiya kimi xəstəliklərin müalicəsi üçün daha ucuz materiallar əldə etməyə imkan verəcək", - deyə ekspert bildirib.
Qeyd edək ki, sstatistikaya görə, 2025-ci ildə Özbəkistanda 42,3 milyard kubmetr qaz hasil edilib.
Süleyman
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью