525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Qazaxıstana işgüzar səfərə gəlib.
525.az bu barədə Özbəkistan mətbuatına istinadən xəbər verir.
Prezident Mirziyoyev paytaxt Astanada Mərkəzi Asiya-İtaliya sammitində iştirak edəcək. Sammitdə region ölkələrinin liderlərinin və İtaliyanın Baş naziri Ciorcia Meloninin iştirakı nəzərdə tutulur.
Gündəliyə uyğun olaraq, çoxtərəfli əməkdaşlığın, ilk növbədə, “yaşıl” iqtisadiyyat, investisiya, innovasiya, elm və təhsil sahələrində daha da inkişaf etdirilməsi məsələlərinə baxılacaq.
Pərvanə Sultanova