Icma.az bildirir, Newscenter.az portalına istinadən.
Özbəkistan Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanının müqəddəs Məkkə şəhərinə dron hücumu cəhdini qətiyyətlə pisləyir.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu fikirlər nazirliyin yaydığı bəyanatda əksini tapıb.
Bəyanatda Səudiyyə Ərəbistanı ilə tam həmrəylik ifadə edilir və müqəddəs yerləri, mülki şəxsləri və mülki infrastrukturu təhdid edən hər hansı bir hərəkətin qəbuledilməz olduğu vurğulanır.
Özbəkistan bütün tərəfləri təmkinli olmağa, beynəlxalq hüquqa riayət etməyə və dövlətlərin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmət etməyə çağırır.
Qeyd edək ki, hadisə 15 sentyabrda baş verib. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya bildirib ki, Məkkəyə doğru hərəkət edən pilotsuz təyyarə şəhərin cənubunda ələ keçirilib və məhdud hava məkanına daxil olmadan əvvəl məhv edilib. Səudiyyə tərəfi pilotsuz təyyarənin Yəməndəki husilər tərəfindən buraxıldığını bildirib. Husilər isə Məkkəni və ya digər dini yerləri hədəf aldığını təkzib ediblər.
Süleyman