Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Özbəkistan milli komandası tarixində ilk dəfə futbol üzrə dünya çempionatının final mərhələsində iştirak edəcək.
QOL.az xəbər verir ki, özbəklər final mərhələsinin 9-cu turunda səfərdə Birləşmiş Ərəb Əmirliklərinib millisi ilə qarşılaşıb. Matç 0:0 hesabı ilə yekunlaşıb.
Bununla da sona bir tur qalmış Özbəkistan millisi DÇ-2026-ya vəsiqəni təmin edib. Özbəklərin yarışdığı A qrupunda daha əvvəl İran millisi (hazırda 9 oyundan 21 xalı var) mundiala vəsiqə qazanmışdı. İkinci vəsiqənin sahibi isə özbəklər olub (9 oyunda 18 xal).
Bugünkü heç-heçə onlarln BƏƏ üzərində dörd xallıq üstünlüyü qorumağa imkan verib.